AZ

İlon Mask 700 milyard dollarlıq sərvətlə rekorda imza atdı

Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.

"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb.

Həmin qərarda iş adamına "Tesla" şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı.

"Forbes"un hesablamasına əsasən, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb.

Seçilən
57
13
unikal.az

10Mənbələr