EN

Böyük Britaniyadan Azərbaycana pul köçürmələri artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 20,474 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld-un Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon ABŞ dolları və ya 7% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində sözügedən ölkənin payı 5,7% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 30,647 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 20,1% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının payı 3,6%-ə bərabər olub.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 22,020 milyon ABŞ dolları, əks istiqamətdə isə 25,520 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Chosen
7
22
turkic.world

10Sources