Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstanafiziki şəxslərin pul köçürmələrinin həcmi 19,780 milyon ABŞ dollarıtəşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 milyon ABŞ dolları vəya 45,2% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Gürcüstanın payı 5,5% təşkil edib. Bununla daGürcüstan Azərbayandan ən çox pul köçürülən ölkələr siyahısında5-ci pillədə qərarlaşıb.
Həmçinin cari ilin ilk 9 ayında Gürcüstandan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 30,481 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,9milyon ABŞ dolları və ya 14,7% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəGürcüstanın payı 3,6% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana fizikişəxslərin pul köçürmələrinin həcmi 36,082 milyon ABŞ dolları, əksistiqamətdə isə 26,574 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.