AZ

Türkiyədən Azərbaycana pul köçürmələri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 104,476 milyon ABŞ dolları təşkil edib.

Aznews.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 milyon ABŞ dolları və ya 11,5% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Türkiyənin payı 28,9% təşkil edib. Bununla da Türkiyə Azərbayandan ən çox pul köçürülən ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Həmçinin cari ilin ilk 9 ayında Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 140,298 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 7,6% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 16,5% təşkil edib.

Seçilən
35
21
aznews.az

10Mənbələr