Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Böyük Britaniyavə Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pulköçürmələrinin həcmi 20,474 milyon ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon ABŞ dolları və ya7% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində sözügedən ölkənin payı 5,7% təşkil edib.
Həmçinin cari ilin ilk 9 ayında Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığından Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 30,647 milyon ABŞ dolları olub ki, bu da2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,1 milyonABŞ dolları və ya 20,1% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının payı3,6%-ə bərabər olub.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pulköçürmələrinin həcmi 22,020 milyon ABŞ dolları, əks istiqamətdə isə25,520 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.