EN

Gürcüstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfədən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstandan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 74,412 milyon ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,4milyon dollar və ya 2,4 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Gürcüstandan reallaşan investisiyaların payı 1,6% təşkiledib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzindəGürcüstan iqtisadiyyatına 111,318 milyon dollar sərmayə qoyub ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon dollar və ya16,3% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstanayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,5% təşkiledib.

2024-cü ilin ilk 9 ayı ərzində Gürcüstandan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 31,047 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 95,750 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.

Chosen
8
11
az.trend.az

10Sources