Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Serbiyadan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 6,187 milyon ABŞ dollarıtəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,968milyon dollar və ya 28,2 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Serbiyadan reallaşan investisiyaların payı 0,1% təşkiledib.
2024-cü ilin ilk 9 ayı ərzində Serbiyadan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 219 min dollar bərabərolmuşdu.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.