AZ

Serbiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Serbiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,187 milyon ABŞ dolları təşkil edib.

Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,968 milyon dollar və ya 28,2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Serbiyadan reallaşan investisiyaların payı 0,1% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Serbiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 219 min dollar bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Seçilən
17
13
day.az

10Mənbələr