AZ

Azərbaycan Səudiyyə Ərəbistanı iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfəyə yaxın artırıb

BAKI, TurkicWorld

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Səudiyyə Ərəbistanı iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 15,717 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon dollar və ya 7,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Səudiyyə Ərəbistanına yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə birbaşa xarici investisiyaların ümumi həcmi 2,027 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Seçilən
12
15
turkic.world

10Mənbələr