Futbol üzrə Belçika yığma komandasının və “Milan”ın yarımmüdafiəçi Aleksis Salemakers İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2031-ci ilin iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununda bitəcəkdi.
“Anderlext”in yetirməsi olan Aleksis Salemakers 2020-ci ilin yanvarından “Milan”dadır. 26 yaşlı belçikalı yarımmüdafiəçi İtaliya klubunun heyətində 159 oyuna çıxıb, 12 qol və 18 assistlə yadda qalıb.
Salemakers “Milan”a qoşulduqdan sonra bir mövsüm “Bolonya”da (32 oyun, 4 qol və 3 assist), bir mövsüm də “Roma”da (31 oyun, 7 qol və 7 assist) icarədə olub.
Aleks 2020-ci ilin oktyabr ayında debüt etdiyi Belçika yığmasında da 21 matça çıxıb, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.
