EN

Müsəlman qəbiristanlığında donuz başları tapılıb- BU ÖLKƏDƏ...

Ajans.az xəbər verir ki,bu barədə Daily Mail xəbər verib. Nəşrin məlumatına görə, donuz başları ilə bağlı təxribat Sidney müsəlman liderlərinin Bondi çimərliyində atışmanı törədən terrorçuları dəfn etməkdən imtina etməsindən sonra baş verib. İcma terrorçuları İslamın əsl tərəfdarı hesab etmir. İnternetdə yayılan fotolarda qəbir daşlarının yaxınlığında səpələnmiş üç donuz başı görünür. Təxribatı pisləyən müsəlman icmasının nümayəndəsi Əhməd Xrayçi bildirib ki, “Bunu edənlər yalnız nifrətinizi göstərdiniz. Onlar problemin bir hissəsidir, həll yolu deyillər. Qəbiristanlıqda heç bir əlaqəsi olmayan insanların qalıqlarına hörmət edilməlidir.” Xatırladaq ki, Sidney çimərliyində baş verən terror aktı 14 dekabrda Yəhudi icmasının Hanuka bayramı tədbiri zamanı baş verib. Naməlum silahlı şəxslərin atəşi nəticəsində 16 nəfər ölüb, 38 nəfər isə yaralanıb. Medianın məlumatına görə, hücum edənlərdən üç nəfər olub: atəş açanlardan biri öldürülüb, ikisi saxlanılıb, onlardan biri isə xəstəxanada ağır vəziyyətdədir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir və şəhər hakimiyyəti ictimaiyyəti ehtiyatlı olmağa çağırıb.

 

Chosen
74
5
Ajans.az

6Sources