AZ

Müsəlman qəbiristanlığına donuz başı atdılar

Avstraliyanın paytaxtı Sidneydə yəhudi icmasına hücumdan sonra müsəlmanlara qarşı təxribat baş verib. Naməlum şəxslər şəhərin cənub-qərbindəki Narellan məhəlləsində müsəlman qəbiristanlığına kəsilmiş donuz başı atıblar.Metbuat.az xəbər verir ki, bu barədə yerli polis əməkdaşları məlumat yayıb. Hadisə yerinə gedən qrup ərazidə çoxlu donuz başı tapıb. Polis əməkdaşlarının səyi nəticəsində qəbiristanlıq qısa müddətdə heyvan qalıqlarından təmizlənib.

Qeyd edək ki, ötən gün Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib. Hücum nəticəsində 16 nəfər ölüb, 42 nəfər yaralanıb. Hadisəni törədənlərin ata və oğul olduğu bildirilir. Şübhəlilərdən biri ölüb, digəri isə sağ ələ keçirilib. Avstraliyanın baş naziri Entoni Albanese Sidneydə Hanuka bayramının qeyd edildiyi vaxt Bondi çimərliyində baş verən silahlı hücumu yəhudi icmasına qarşı məqsədli terror aktı adlandırıb.

Seçilən
19
5
metbuat.az

6Mənbələr