Avstraliyanın Sidney şəhərində müsəlman qəbiristanlığına donuz başlarının qoyulduğu bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Sidneydə çimərlikdə həyata keçirilən və “yəhudi icmasına yönəldiyi” deyilən hücumdan sonra, kimliyi naməlum şəxslər şəhərin cənub-qərbində yerləşən Narellan qəsəbəsindəki bir müsəlman qəbiristanlığını hədəf alıblar.
Polis rəsmilərinin açıqlamasında qəbiristanlığın girişinə heyvan qalıqlarının qoyulması ilə bağlı məlumat alındığı bildirilib.
Hadisə yerinə gedən polis əməkdaşlarının bir neçə donuz başı aşkar etdiyi, toplanan qalıqların müvafiq qaydada məhv edildiyi və hadisə ilə bağlı istintaqa başlanıldığı qeyd olunub.