EN

"Sülh planımı bəyənməyən yeganə şəxs o oldu" - Tramp

"Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin həlli planını bəyənməyən yeganə şəxsdir". 

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. 

"Düşünürdüm ki, Rusiya ilə razılaşmaya çox yaxınıq. Əslində, Prezident Zelenski istisna olmaqla, onun xalqı bu razılaşmanın konsepsiyasından həyəcanlı idi", - deyə Amerika lideri bildirib.

Onun sözlərinə görə, ABŞ planı ərazilər məsələsi də daxil olmaqla 4-5 hissədən ibarətdir ki, bu da danışıqları çox çətinləşdirir.

Gülayə Mecid 

Chosen
52
24
unikal.az

10Sources