EN

Gəncədə qadın çay evində BIÇAQLANDI

Gəncədə 42 yaşlı qadın bıçaq xəsarəti alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə 1983-cü il təvəllüdlü Ə. Cəfərova bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanalardan birinə çatdırılıb. Qadın dərhal əməliyyata götürülüb, vəziyyətinin kafi olduğu bildirilir. İlkin versiyaya görə Cəfərova şəhər ərazisində fəaliyyət göstərən çay evlərində birində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
63
3
bizim.media

10Sources