Gəncədə iki nəfərin mübahisəsi nəticəsində 50 yaşlı kişi xəstəxanalıq olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 1975-ci il təvəllüdü E. Hüseynov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə, 50 yaşlı kişi tanışı ilə aralarında yaranan mübahisə zamanı xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta