Gəncədə 42 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
1983-cü il təvəllüdlü Sevinc Hüseynova yaşadığı evin ikinci mərtəbəsindən paltar asarkən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta