AZ

Gəncədə ər arvadını xəstəxanalıq etdi

Gəncədə ailə münaqişəsi qanla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə,  hadisə şəhər ərazisində baş verib.

1981-ci il təvəllüdlü Aysun İsmayılova bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyata götürülüb. Müalicəsi xəstəxanada davam etdirilir.

İlkin məlumata görə, 43 yaşlı qadın əri tərəfindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
65
13
bizim.media

10Mənbələr