FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o, Gənclər Liqasının 6-cı turunda keçiriləcək "Atalanta" (İtaliya) – "Çelsi" (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş sabah Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.