AZ

"Çelsi"nin oyununa azərbaycanlı hakim təyin olunub

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. K.Umudlu UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq.

Bakıvaxtı.az AFFA-ya istinadən xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.

Seçilən
104
8
bakivaxti.az

10Mənbələr