AZ

Kamal Umudlu "Çelsi"nin matçında baş hakim olacaq

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o, Gənclər Liqasının 6-cı turunda keçiriləcək "Atalanta" (İtaliya) – "Çelsi" (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş sabah Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.

Seçilən
96
8
football-plus.az

10Mənbələr