EN

Azərbaycanın Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Oman Sultanlığından olan həmkarı Abdullah bin Mohammed Alsaidi ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ədliyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, hüquqi yardım, ekstradisiya və məhkum edilmiş şəxslərin verilməsi sahəsində müqavilə-hüquqi bazanın yaradılması müzakirə olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və təcrübə mübadiləsinin genişləndirilməsinin hüquqi əməkdaşlığı daha da gücləndirəcəyi bildirilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında “Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Bir çox sahə üzrə təcrübə mübadiləsini nəzərdə tutan sənədin qarşılıqlı faydalı olacağı və iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
7
azertag.az

8Sources