AZ

Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı.Trend:

Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov SəudiyyəƏrəbistanına işgüzar səfəri çərçivəsində Oman Sultanlığından olanhəmkarı Dr. Abdullah bin Mohammed Alsaidi ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Ədliyyə nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə ədliyyə sahəsindəinformasiya-kommunikasiya texnologiyalarının tətbiqiningenişləndirilməsi, hüquqi yardım, ekstradisiya və məhkum edilmişşəxslərin verilməsi sahəsində müqavilə-hüquqi bazanın yaradılmasımüzakirə olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vətəcrübə mübadiləsinin genişləndirilməsinin hüquqi əməkdaşlığı dahada gücləndirəcəyi bildirilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyiilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında“Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında AnlaşmaMemorandumu” imzalanıb. Bir çox sahə üzrə təcrübə mübadiləsininəzərdə tutan sənədin qarşılıqlı faydalı olacağı və iki ölkəarasında əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Seçilən
54
7
az.trend.az

8Mənbələr