AZ

Azərbaycan və Oman arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Ədliyyə Nazirliyi ilə Omanın Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında "Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Bu barədə Missiya.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə naziri Fərid Əhmədov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Oman sultanlığından olan həmkarı Abdullah bin Mohammed Alsaidi ilə görüşüb.

Tədbirdə ədliyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, hüquqi yardım, ekstradisiya və məhkum edilmiş şəxslərin verilməsi sahəsində müqavilə-hüquqi bazanın yaradılması müzakirə olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və təcrübə mübadiləsinin genişləndirilməsinin hüquqi əməkdaşlığı daha da gücləndirəcəyi bildirilib.

Görüş çərçivəsində Azərbaycan Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında "Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Bir çox sahə üzrə təcrübə mübadiləsini nəzərdə tutan sənədin qarşılıqlı faydalı olacağı və iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Seçilən
27
7
missiya.az

8Mənbələr