Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının Liqa mərhələsinin təyinat alıb.
Arena.az xəbər verir ki, Xudiyev Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq “Universitatya” (Krayova, Rumıniya) – “Maynts” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 27-də Krayova şəhərindəki Yon Oblemenko adına stadionda təşkil ediləcək. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
Xəbəri istədiklərinizlə paylaşın

