2007-2010-cu illər arasında yayımlanan "Bez Bebek"də "Yağmur" obrazını canlandıran Asena Keskin açıqlamaları ilə gündəmə gəlib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Asena serialın baş rol ifaçısı Evrim Akınla bağlı iddialar səsləndirib.
Belə ki, o, sosial şəbəkədə paylaşdığı videoda Evrim Akın valideynlərinin boşanmasına səbəb olduğunu açıqlayıb.
"Gedib anamın yanına "ərinin nömrəsini ver, səni barışdırım" deyir və atamın nömrəsini alır. Bu qadın mənim ögey anam olur. Hələ də bir yerdədirlər, bir evdə yaşayırlar".
Gənc aktrisa valideynləri ayrıldıqdan sonra atası ilə görüşmədiyini deyib
Asena həmçinin, Evrim Akının ona serialın çəkilişləri zamanı “Səni serialdan qovsam nə olacaq?” kimi şərhlər verdiyini, setdə üzünə siqaret tüstüsünü üfürdüyünü iddia edib.