AZ

“Onun tək istəyi ailəsinə qovuşmaq idi” – 16 yaşlı Nurcanın acı sonu

Binəqədi rayonunda yerləşən sığınacaqda ağır faciə baş verib. Hadisə noyabrın 19-u saat 12 radələrində Motodrom qəsəbəsindəki “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qeydə alınıb. Belə ki, orada yaşayan, 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Xəstəxanaya çatdırılan yeniyetmə bir neçə saat sonra dünyasını dəyişib. 
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sığınacaqda baş vermiş intihar hadisəsi ilə bağlı açıqlama yayıb.
 
Moderator.az xəbər verir ki, qurum belə bir faciənin ilk dəfə yaşandığını bildirib:
 
“Sığınacaqda qalan azyaşlı bir qız həyatına son qoyub. Hadisədən əvvəl o, doğulduğu rayona getmək istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı. Qızın vəziyyəti barədə dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat vermişdik. Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Təəssüf ki, nə ailəsi, nə də atası onu yanına götürdü. Sosial Xidmətlər Agentliyinin əməkdaşı da onunla bir neçə dəfə fərdi söhbətlər aparmışdı, lakin bu da nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi. Ən çox onu sarsıdan atasının ondan imtina etdiyini öyrənməsi oldu. Bu xəbər onun son ümidlərini də qırdı.
Bilirsiniz, sığınacaq qapalı müəssisə deyil. Biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Bütün qurumları məlumatlandırmışdıq. Sonda, həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər”.

 

Seçilən
27
13
moderator.az

10Mənbələr