AZ

"Ailəsi onu yanına götürmədi" - 16 yaşlı Nurcanın son görüntüləri...

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ötən gün sığınacaqda baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, paylaşımda vəfat edən 16 yaşlı Nurcanın son görüntüləri də yer alıb.

Bildirilib ki, belə bir hal ilk dəfədir yaşanır: "Çox böyük bir faciə yaşamışıq... Sığınacaqda qalan azyaşlı bir qız həyatına son qoyub. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmək istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı. Qızın vəziyyəti ilə bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat vermişdik.

Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Təəssüf ki, nə ailəsi, nə də ən doğma olan atası onu yanına götürdü. Sosial Xidmətlər Agentliyinin əməkdaşı da onunla dəfələrlə fərdi söhbətlər aparmışdı, lakin bu da müsbət nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi. Ən çox onu tükəndirən atasının ondan imtina etdiyini öyrənməsi oldu. Bu xəbər tam olaraq onun qalan ümidlərini də qırdı. Bilirsiniz, sığınacaq qapalı müəssisə deyil, biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Bütün qurumları da məlumatlandırmışdıq. Sonda həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər".

Seçilən
16
13
far.az

10Mənbələr