EN

Gəncədə körpüdən yıxılan kişi xilas edildi

Gəncədə 61 yaşlı kişi körpüdən yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə Gəncə çayının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü M.Novruzov körpünün üzərində kustar üsulla hazırlanmış körpüdən keçən zaman 20 metr dərinliyinə yıxılıb. Dərhal əraziyə  FHN-nin Gəncə Regional Mərkeəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Yaşlı kişi 20 metr dərinlikdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

61 yaşlı kişini vəziyyətinin yaxşı olduğunu bildirilib. İlkin məlumatına görə, o ehtiyatsızlıqdan körpüdən yıxılıb.

Fakt araşdırılır.

Tural Əhmədov

Chosen
52
27
unikal.az

10Sources