AZ

38 yaşlı kişi səhvən içdiyi dərmandan zəhərləndi

Gəncədə 38 yaşlı kişi dərmandan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini 1987-ci il təvəllüdlü Emin Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. 38 yaşlı kişiyə tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, Ə.Məmmədov yaşadığı evdə  səhvən dərman içərək zəhərlənib.

Zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
27
1
unikal.az

10Mənbələr