Gəncədə qadın bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü B.Seyidova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib.
Məlumata görə, 32 yaşlı qadını həyat yoldaşı sərxoş halda bıçaqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov