Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Gəncədə 38 yaşlı kişi dərmandan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini 1987-ci il təvəllüdlü Emin Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. 38 yaşlı kişiyə tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, Ə.Məmmədov yaşadığı evdə səhvən dərman içərək zəhərlənib.
Zəhərlənmə ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.