EN

Samir Abasov: “Hakimin penalti qərarə böyük səhv idi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün keçirilmiş oyun paytaxt təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Samir Abasov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Komandam pis oynamadı. “Qarabağ”a qarşı səfərdə oynamaq asan deyil. Onların hansı səviyyədə olduğunu görürük. Birinci hissədə düzgün və yaxşı oynayırdıq. Bunu sona qədər davam etdirdik. Vensan Abubakarın bu gün epizoda girməməyinə gəldikdə, “Qarabağ” elə komanda deyil ki, hər dəqiqə epizod yaradasan. 2-3 epizod var idi ki, onlardan yararlana bilərdik. Əsas odur ki, çox yaxşı hücumçumuz var. Digər hücumçular Abubakarın gəlişindən sonra yüksək motivasiya qazanıblar. Bu da bizim üçün xoşdur.

Emin Mahmudovun oyundan əvvəl zədəsi var idi. Ona görə də, bir hissə onu, bir hissə Cordan Rezabalanı oynatdım. Birinci hissə bitməmişdən Mahmudov göstərdi ki, əvəzlənmək istəyir.

Penaltiyə gəlincə, belə dəqiqələrdə ucuz penaltilər verilməz. Elçin Məsiyev deyirsə ki, kontakt oyunudur, niyə “Zirə” və “Turan Tovuz”la matçlarda verilmədi penalti? Çox pis təsir edir. Həmin penalti bizi özümüzdən çıxardı. Kontakt var idi, amma bu oyun kontakt oyunudur. Oyunçu özünü yerə yıxmaq istəyirdi. Hakim tərəfdən həmin penaltinin verilməsi böyük səhv idi.

Qalib gəlmək üçün qol vurmalısan. Komandamdan çox razıyam. Fərqli “Neftçi” izləyirik. Bu gün bu qədər adamın oyuna gəlməsi, əsla “Qarabağ” və onların oynadığı oyuna görə deyil, “Neftçi”yə görədir. Hamıya ümid vermişdi, davam edir. Çox yaxşı komanda qururuq. Pis oynamadıq. Bəzi oyunçular meydançada çox yaxşı idilər. Bəzi planlar pozuldu. Nəyi daha yaxşı edə bilərik deyə, onun üzərində işləyəcəyik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
20
25
arena.az

10Sources