AZ

Liqa 1: PSJ Liondan qələbə ilə qayıtdı - ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Loryan” – “Tuluza” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Anje” doğma meydanda “Oser”ə, “Mets” “Nitsa”ya, “Strasburq” isə “Lill”ə qalib gəlib. Beş qolun qeydə alındığı “Olimpik” (Lion) – PSJ matçında isə son çempion qələbə qazanıb.

Beləliklə, geridə qalmış 12 turdan sonra 27 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i ilə “Lans”ın 25, “Strasburq”un 22, “Lill”, “Monako” və Lion “Olimpik”inin 20 xalı var.

Fransa, Liqa 1
12-ci tur

7 noyabr

Paris – Renn 0:1
Qol: Embolo, 81.

8 noyabr

Olimpik (Marsel) – Brest 3:0
Qollar: A.Qomes, 25. Qrinvud, 33. Obameyanq, 81.

Havr – Nant 1:1
Qollar: Lyoris, 90+5 – Abline, 4.

Monako – Lans 1:4
Qollar: Baloqun, 37-pen – Eduard, 21. Said, 40. Sanqare, 45+3.

9 noyabr

Loryan – Tuluza 1:1
Qollar: Paqis, 44-pen – Sidibe, 65-pen.

Anje – Oser 2:0
Qollar: Akpa, 71-öz qapısına. Peter, 87.

Mets – Nitsa 2:1
Qollar: Heyn, 53-pen. Diallo, 84 – Ço, 35.

Strasburq – Lill 2:0
Qollar: Emeqa, 33; 62.

Olimpik (Lion) – PSJ 2:3
Qollar: A.Moreyra, 30. Meytlend-Naylz, 50 – Zair-Emeri, 26. Kvaratsxeliya, 33. J.Neves, 90+5.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
15
34
arena.az

10Mənbələr