AZ

A Seriyası: “İnter”lə “Roma”nın turu - ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Cenoa” – “Fiorentina” matçında qalib müəyyənləşməyib. “Atalanta” doğma meydanda “Sassuolo”ya 3 cavabsız qolla uduzub. Son çempion “Napoli” də səfərdə “Bolonya”ya məğlub olub. Bundan maksimum yararlanan “Roma” evdə “Udineze”yə, “İnter” isə “Latsio”ya 2 cavabsız qolla qalib gələrək zirvəyə şərik çıxıblar.

Hazırda həm “İnter”in, həm də “Roma”nın 24 xalı var. “Milan”la “Napoli” 22, “Bolonya” 21, “Yuventus” 19 xal toplayıb.

İtaliya, A Seriyası
11-ci tur

7 noyabr

Piza – Kremoneze 1:0
Qol: Ture, 75.

8 noyabr

Komo – Kalyari 0:0

Leççe – Verona 0:0

Yuventus – Torino 0:0

Parma – Milan 2:2
Qollar: Bernabe, 45+1. Del Prato, 62 – Salemakers, 12. Leao, 26-pen.

9 noyabr

Atalanta – Sassuolo 0:3
Qollar: Berardi, 29-pen; 66. Pinamonti, 47.

Bolonya – Napoli 2:0
Qollar: Dallinqa, 50. Lukumi, 66.

Cenoa – Fiorentina 2:2
Qollar: Estiqor, 15. Kolombo, 60 – Qudmundsson, 20-pen. Pikkoli, 57.

Roma – Udineze 2:0
Qollar: Pelleqrini, 42-pen. Z.Çelik, 61.

İnter – Latsio 2:0
Qollar: L.Martines, 3. Bonni, 62.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
34
arena.az

10Mənbələr