EN

Premyer Liqa: “Zirə” və “Turan Tovuz”dan qolsuz “sülh”

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

“Zirə” lider “Turan Tovuz”u qonaq edib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüşdə söz sahibi FİFA referisi Əliyar Ağayev olub.

Premyer Liqada uğurlu mövsüm keçirən Tovuz təmsilçisi növbəti qələbəsini qazanmaqla liderliyini qorumağı düşünürdü. Bu rəqibindən cəmi 3 xal geri qalan “Zirə” isə 3-cü sırada qərarlaşmışdı. Bir sözlə, Rəşad Sadıqovun komandası son iki oyunda olduğu kimi, qalib gələ bilsə, “Turan Tovuz”a çatacaqdı. Amma tərəflər meydanı qolsuz tərk ediblər.

Premyer Liqa
11-ci tur

8 noyabr

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 18:44.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 28. Leroy Mikels, 20. İssa Cibrilla, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
22
30
arena.az

10Sources