“Barselona”nın sabiq çalışdırıcısı, argentinalı mütəxəssis Xerardo Martino ABŞ klubu “Atlanta Yunayted”in baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
62 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Martino daha əvvəl 2017/2018-ci illər mövsümündə bu komandanı çalışdırıb. Həmin vaxt o, MLS təmsilçisini 78 oyuna çıxarıb, 42 qələbə, 16 heç-heçə, 20 məğlubiyyət görüb.
Martinonun sonuncu iş yeri MLS-in digər təmsilçisi “İnter Mayami” olub. O, 2023-cü ilin yayından rəhbərlik etdiyi Mayami klubundan ötən ilin noyabrında ayrılandan bəri işsiz idi. Argentinalı mütəxəssis “İnter Mayami”ni 67 oyuna çıxarıb, 38 qələbə, 13 heç-heçə, 16 məğlubiyyət görüb.
Argentinalı mütəxəssis daha öncə Meksika, Argentina, Paraqvay yığmalarında, “Barselona”, “Nyuels Old Boyz, “Libertad”, “Kolon”, “Serro Porteno”, “İnstituto”, “Platense” kimi klublarda da baş məşqçi kimi çalışıb.

