EN

Qasperini - A Seriyasında oktyabrın ən yaxşı məşqçisi!

“Roma”nın baş məşqçisi, italiyalı futbol mütəxəssisi Can Pyero Qasperini A Seriyasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“Roma” oktyabrda A Seriyasında 4 oyundan üçündə qalib gəlib, birində uduzub. Paytaxt təmsilçisi hazırda çempionatda 21 xalla 4-cü pillədə qərarlaşıb.

Qasperini karyerasında 4-cü dəfə bu mükafata layiq görülüb. 67 yaşlı mütəxəssis ilk dəfə 2021-ci ilin noyabrında “Atalanta”nı çalışdırarkən bu mükafatı qazanmışdı. Qasperini bu komandada olarkən 2024-cü ilin mayında və noyabrında da ayın ən yaxşısı seçilmişdi.

A Seriyasının cari mövsümündəki ilk mükafatı isə “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Oktyabrda isə “Milan”a rəhbərlik edən Massimiliano Alleqri fərqlənmişdi.

Xatırladaq ki, Can Pyero Qasperini bu ilin yayında “Roma”nın sükanı arxasına keçib. Təcrübəli mütəxəssisin paytaxt klubu ilə 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var. “Canavarlar” Qasperinin rəhbərliyi altında 14 oyun keçirib, 9 qələbə, 5 məğlubiyyət görüblər.

Qasperini daha öncə “Cenoa”, “Palermo”, “İnter”, “Krotone” və “Atalanta” kimi komandalara da rəhbərlik edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
20
22
arena.az

10Sources