EN

SOCAR Aİ 95 benzini haqda söz söhbətə CAVAB VERDİ

Modern.az saytına istinadən ain.az xəbər verir.

Neft məsələləri üzrə ekspert İlham Şaban "2026-cı ildən Azərbaycanda yüksək oktanlı benzin istehsalı yenidən dayanacaq" kimi fikirləri təkzib edib.Modern.az xəbər verir ki, o, mətbuatın gələn ilin dövlət büdcəsi zərfinə istinad etməsinin əsası olmadığını bildirib.

“Gələn ilin dövlət büdcəsi layihəsində birbaşa belə bir fikir yoxdur. İkinci bir tərəfdən, bu il rəsmi statistikada belə göstərilir ki, Azərbaycanda Ai-95 markalı benzinin istehsalı həyata keçirilir və ilin ikinci yarısından az həcmdə də olsa belə, onun ixracına da başlanılıb”, - İ.Şaban qeyd edib.Ekspert bununla bağlı SOCAR-a sorğu da ünvanladığını və müvafiq cavab aldığını vurğulayıb.

“SOCAR-a ünvanladığım sorğuya isə bir qədər əvvəl cavab aldım ki, "Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avro-5 keyfiyyət standartlarına uyğun A-92 və A-95 markalı benzin istehsalı həyata keçirilir və gələn ildə də bu növ neft məhsullarının istehsalı davam etdiriləcək"”, - İ.Şaban əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
2
modern.az

10Sources