AZ

Benzin qiymətləri ilə bağlı mühüm xəbər – “Ai-92” və “Ai-95”

2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.

News365.az xəbər verir ki, bu barədə resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.

Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.

Seçilən
9
17
news365.az

10Mənbələr