AZ

SOCAR-dan "Ai-92" və "Ai-95" benzinlərilə bağlı açıqlama

2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.

Bu barədə bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.

Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.

İş elanları AzVak.az-da

© "Report"

SOCAR Heydər Əliyev Neft Emalı Zavodu Neft Emalı Zavodu Ai-92 benzin Ai-95 benzin Avro-5 standartı benzin istehsalı yanacaq istehsalı SOCAR benzin Azərbaycan yanacaq bazarı SOCAR Ai-95 SOCAR Ai-92 ekoloji yanacaq yüksək keyfiyyətli benzin 2026 benzin istehsalı SOCAR məlumatı enerji sektoru Azərbaycan neft emalı sənayesi SOCAR xəbərləri
Seçilən
11
17
marja.az

10Mənbələr