EN

Ukrayna KİV Pokrovskdakı son vəziyyət barədə məlumat yaydı

BAKI, 3 noyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində möhkəmlənmək üçün bütün qüvvəsini səfərbər edir və hazırda bütün şəhər boz zonaya çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə “Kyiv24” telekanalına Ukrayna ordusunun 68-ci Briqadasından bildirilib.

Hərbi mənbə deyib ki, Rusiya qoşunlarının infiltrasiya cəhdləri əsasən şəhərin cənub və cənub-qərb istiqamətindən həyata keçirilir. Ən böyük səylər isə cənub rayonlarına yönəldilib, orada möhkəmlənmək məqsədilə.

“Demək olar ki, düşmən şəhərin bütün məhəllə və ərazilərində bir neçə döyüşçüdən ibarət qruplarla müşahidə olunur,” – məlumatda qeyd olunub.

Kanal vurğulayıb ki, vəziyyət sabit deyil, bəzi mövqelər Rusiya ordusu tərəfindən ələ keçirilə bilər: “Hazırda düşmənin şəhərin hər hansı hissəsinə tam nəzarətindən danışmaq mümkün deyil, bütün ərazi boz zonaya çevrilib”.

Mənbə əlavə edib ki, Rusiya qüvvələri iki tərəfdən hücum etməyə çalışır, məqsəd isə Ukrayna qoşunlarını tam blokadaya alaraq mühasirəni bağlamaqdır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Pokrovsk şəhərinin Rusiya Silahlı Qüvvələri tərəfindən mühasirəyə alındığını açıqlamışdı.

Chosen
43
30
teleqraf.com

10Sources