AZ

Ukrayna hərbçisi: Rusiya ordusu bütün Pokrovsk rayonlarına daxil olub — şəhər boz zonaya çevrilib

Ukrayna Silahlı Qüvvələrinin 68-ci briqadasının hərbçisi bildirib ki, Rusiya qoşunları Pokrovsk şəhərinin demək olar bütün rayonlarına daxil olub.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, rus qüvvələri hələ heç bir mövqedə tam möhkəmlənə bilməyib - şəhər faktiki olaraq "boz zona" sayılır və mövqelər tez-tez tərəflər arasında əldən-ələ keçir.

Qrışino və Rodinsk istiqamətindən şəhəri mühasirəyə almaq cəhdləri davam edir, lakin mühasirənin tamamlanmasından hələ çox uzaqdır.

"Hazırda nəzarət yalnız dronlar vasitəsilə mümkündür," - deyə ukraynalı hərbçi vurğulayıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
43
olaylar.az

10Mənbələr