AZ

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

“Hazırda Pokrovsk–Mirnohrad aqlomerasiya zonasında şəhərlərin mühasirəyə alınması və ya blokadası yoxdur. Həmçinin Ukrayna Müdafiə Qüvvələrinin heç bir bölməsi mühasirədə deyil. Bölmələr logistikanın təmin edilməsi üçün zəruri tədbirləri görür”.

Paralel.az xəbər verir ki bunu Ukrayna Baş Qərargahının sözçüsü mayor Andrey Kovalyov “Ukrainska Pravda” nəşrinə açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, Pokrovskdakı vəziyyət çətin olaraq qalır, lakin şəhər ərazisində rus qüvvələrinin aşkar edilməsi və məhv edilməsinə yönəlmiş kompleks əməliyyat davam etdirilir.


Qeyd edək ki, daha əvvəl Ukrayna Ali Radasının deputatı Bezuqlaya bildirib ki, Rusiya silahlı qüvvələri Ukraynanın Pokrovsk şəhərinin 80 faizindən çoxunu işğal edib.

Seçilən
8
3
paralel.az

10Mənbələr