Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 6-cı turun oyunları iki günü əhatə edəcək. Oktyabrın 20-də 3 qarşılaşma baş tutacaq. Qalan görüşlər isə bir gün sonra – ayın 21-də keçiriləcək.
İkinci Liqa
6-cı tur
20 oktyabr
“Göygöl” – “Ağstafa Gəncləri”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kür-Araz” – “Quba”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəmkir” – “Qaradağ Lökbatan”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
21 oktyabr
“Araz Saatlı” – “Xankəndi”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Ağdaş” – “Şəki”
Ağdaş şəhər stadionu, 14:00.
“Şirvan” – “Dinamo”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

