EN

Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.
 

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində Sabirabad rayon sakinləri; Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı, 1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.


Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
3
19
bizim.media

10Sources