Yazını böyüt
Yazını kiçilt
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili aşıb.
Qəza nəticəsində Sabirabad rayon sakinləri - Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı,1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.\qafqazinfo\