Hacıqabulun Udullu kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilin aşması nəticəsində Sabirabad rayon sakinləri - Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı,1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralananlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.