AZ

Hacıqabulda maşın aşdı — 5 nəfər xəsarət aldı

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri - Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı,1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
19
demokrat.az

10Mənbələr