EN

ABŞ səfiri: İrəvan və Bakı sülh sazişini imzalamalı və ratifikasiya etməlidir

ABŞ avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərin həyata keçirilməsinə başlayıb...

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Emənristandakı səfiri Kristina Kuinn "Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiya və regional təhlükəsizliyin gücləndirilməsi" mövzusunda müzakirə zamanı bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidirlər.

"Sülh nə qədər tez imzalanarsa, onun üstünlükləri də o qədər tez həyata keçiriləcək", - K.Kuinn bildirib.

Diplomat, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına toxunaraq qeyd edib ki, münasibətlərin normallaşması təkcə hər iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.

Qeyd edək ki, ABŞErmənistan Vaşinqtonda üç sənəd imzalayıb. Bundan əlavə, AzərbaycanErmənistan ABŞ-nin iştirakı ilə iki sənəd imzalayıb.

Poliqon.info

Chosen
18
6
poliqon.info

7Sources